AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 15 , 2019, Cümə - 09:59

Xəbərlər
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru Fuad Məmmədov Hindistanda Qlobal sammitdə iştirak etmişdir.
Okt 14 , 2019 - 01:47

26 sebtyabrdan 7 oktyabra qədər tarix elmlər doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, "Simurq" Azərbaycan mədəniyyət Assosiyasiyasının rəhbəri Fuad Məmmədov, ruhi mədəniyyətə həsr olunmuş "Mənəvi mədəniyyət - birlik, sülh və çiçəklənmə üçün" Hindistanın Radjastxan ştatının Abu Roud və Maunt Abu şəhərlərində keçirilən Qlobal sammitində iştirak etmişdir.
Ümumdünya Ruhani Universiteti BMT-də məsləhətçi orqan statusuna sahibdir,YUNESKO ilə aktiv iş birliyindədir. Onun ayrı-ayrı ölkələrdə insan inkişafına yönəldilmiş bir çox filialı, fərqli struktur şöbələri vardır. Onlardan Qlobal hospital, günəş enerjisi ilə işləyən Elektrostansiya və başqalarını qeyd etmək olar.
Sammitdə 3000 dən çox insan iştirak etmişdir. Görüşdə Braxma Kumaris universitetinin prezidenti Dadi Janki və bir çox rəhbərlərindən əlavə, Hindistanın vitse-prezidenti, Daxili İşlər naziri, Hindistan parlamentinin spikeri, və bir çox başqa rəsmi şəxslər, xarici alim və qonaqlar iştirak etmişdir.
Sammitdə "Simurq" AMA-nın fəxri nümayəndəsi, Rusiya Federasiyasının Xanto-Mansiysk şəhərinin vətəndaşı Teyfur Qeybətov uğurla çıxış etmişdir.
Fuad Məmmədov Azərbaycan mədəniyyət Assosiyasıyası "Simurq" adından "Ruhi mədəniyyət və insan həmrəyliyi" mözvusuda çıxış etmişdir.
Azərbaycanlı alim sammitə dəvətə görə Didi Santoş a təşəkkürlərini bildirib və Ümumdünya Ruhani universitetini dəyərləndirib. Sülh, əminamanlıq və davamlı inkişafa qoyduğu böyük əməyə görə Fuad Məmmədov, Universitetin prezidenti cənab Dadi Jankini beynəlxalq medal "Simurq" ilə təltif etmişdir.
F.T. Məmmədovun çıxışında harmonik inkişafın vacibliyinə, yüksək mədəniyyətə sahib insanların formalaşmasında humanitar təhlükəsizliyin insan inkişafının əsası olduğuna diqqət yetirmişdir. Belə yanaşma, vitse-prezidentin məqaləsində, rabitə və texnologiya nazirindən, Hindistanın Daxili İşlər nazirindən böyük dəstək almışdır.
Qlobal sammitdə Hindistanın vitse-prezidenti Şri Venkaya Nandu, rabitə və texnologiya rəhbəri Şri Ravi Şankar Prasad, Hindistan Məsləhət Federasiyasının spikeri Şri Om Birla, Hindistan Daxili İşlər naziri və digər fəxri qonaqlardan başqa, kulturoligiyanın və Ruhi mədəniyyətin inkişafına verdiyi diqqət və müvəffəqiyyətlərinə görə Azərbaycan alimi, Ümumdünya Braxma Kumaris univetsitetin ən ali mükafatı " Cansız ilahi ruh" mükafatına layiq görülmüşdür.
Fuad Məmmədov, Teyfur Qeybətov və Rusiyadan gələn iştirakçıları Braxma Kumarisin baş katibi, Azərbaycandan gələn hörmətli qonaqlara ruhi həyatın filosofiyasına aid Braxma Kumarisin ən dəyərli monoqfariyası təqdim edən cənab Nirvair gəbul etmişdir.
Ruhi mədəniyyətin və kulturalogiyanın inkişafı, böyük mədəniyyətə sahib insanların formalaşması üzrə iş birliyi üçün müqavilə imzalanmışdır.

© Copyright 2005-2013 The Academy of Public Administration