AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 15 , 2019, Cümə - 11:16

Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akadmiyasının professoru Almaatada beynəlxalq konfransda çıxış edib
Okt 30 , 2019 - 02:40

YUNESKO-nun Mədəniyətlərin yaxınlaşması Beynəlxalq Onilliyi Planının həyata keirilməsi və mədəniyyətlərin etikası dialoqunun inkişafı məqsədi ilə, 17 oktyabr 2019-cu il tarixində Almaata şəhərində İkinci Atmaata Forumu keçirilmişdir. Forumun mövzusu - “Maarifli islam və Renessans: Farabdan, Bağdaddan və Kordovadan, Avropa monastırları vasitəsi ilə - biliklər mədəniyyətinə” olmuşdur.  

Forumun işində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akadmiyasının tarix kaferasının professoru, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının rəhbəri, tarix elmləri doktoru Fuad Məmmədov və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə institutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Əli Abbasov iştirak etmişdirlər.

Forumda Qazaxstanın xalq yazıçısı, tanınmış ictimai xadim və diplomat Oljas Suleymenov, qazax xalqının ədəbiyyatı və incsənətinin, beybnəlxalq humanitar əməkdaşlığın, maarifçiliyin və sülh yaradıcılığı sahəsində inkişafında böyük xidmətlərinə görə “Mədəniyyət səfiri” ictimai fəxri adla və “Simurq” Beynəlxalq medalı ilə təltif edilmişdir.  

© Copyright 2005-2013 The Academy of Public Administration