AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 14 , 2019, Şənbə - 12:29

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının tələbəsi Cenevrə şəhərində səfərdə olmuşdur
Noy 13 , 2019 - 04:28

28 oktyabr – 1 noyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şücaət Əhmədzadə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olmuşdur.

Səfərin təşkilatçıları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi olmuşdur.  Səfər zamanı Ş. Əhmədzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin qərargahında keçirilən Beynəlxalq Qızıl Xaç İcmalının 150 illiyi tədbirində iştirak etmiş və qərargahda Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi və yüksək vəzifəli diplomatları ilə görüşlər keçirmişdir. Həmçinin, səfər zamanı Azərbaycan Respublikasının Cenevrədə BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi də ziyarət edilmiş və tələbə cənab səfir Vaqif Sadıqov tərəfindən qəbul edilmişdir. Ardınca, səfər zamanı BMT-nin Cenevrədəki ofisinə ziyarət baş tutmuş və Ş. Əhmədzadə BMT-nin işi ilə bağlı daha yaxından tanış olmuşdur.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration