AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Yanvar 17 , 2020, Cümə - 22:53

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının müəllimləri uğur qazanıb
Yan 14 , 2020 - 02:15

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri dos. Fəxrəddin Nağıyev, dos. Abduləli Abdullayev və dos. Asif Qədirov Azərbaycan Respublikası Kütəvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən 2019-cu ildə olan elm və təhsil sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə “İlin müəllimi” fəxri medalı və diplomu ilə təltif edilib. Təltiflər Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasında təqdim edilib. Həmkarlarımızı təbrik edir və yeni uğurlar arzulayırıq.


 

© Copyright 2005-2013 The Academy of Public Administration