AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 04 , 2020, Şənbə - 00:06

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fev 25 , 2020 - 05:03

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətdiyini deyib. Bildirilib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır. Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun, o cümlədən Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyəti xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurədddin Mehdiyev və digər çıxış edənlər Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Onlar faciəyə siyasi-hüquqi qiymət verilməsi, onun bütövlükdə insanlıq əleyhinə cinayət faktının olması, analoji faciələrlə müqayisədə təhlili barədə fikir və mülahizələrini irəli sürüblər.

Çıxış edənlər vurğulayıblar ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinin məlumatlandırmaqla yanaşı, dünyada oxşar hadisələrin cərəyan etməməsinə çağırış məqsədi daşıyır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər artıq öz nəticələrini verir. Sonda “Qarabağ əcdadımızın mirası” adlı sənədli filmi nümayiş etdirilib.

   
   
© Copyright 2005-2013 The Academy of Public Administration