AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 03 , 2020, Cümə - 23:12

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim keçirilib
Mart 04 , 2020 - 12:17

2020-ci ilin mart  ayının 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında növbəti distant təlim keçirilib.

Təlimin əsas məqsədi ölkənin innovativ və inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyətləri sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin əməkdaşları üçün təşkil edilən təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov «Azərbaycanın inklüziv inkişaf sahəsində dünya liderliyini təmin edən innovativ dövlət idarəçiliyi texnologiyaları» mövzusunda açılış mühazirəsi ilə çıxış edib.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi bir çox Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilmişdir.

Akademik U.Ələkbərov ölkənin iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik strateji yol xəritəsinin, elektron hökümətin inkişafı ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rol oynadığı vurğulanıb. U.Ələkbərov Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd etmişdir.

   

 

© Copyright 2005-2013 The Academy of Public Administration