AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 03 , 2020, Cümə - 23:41

Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 min manat məbləğində vəsait köçürüb
Mart 25 , 2020 - 01:06

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 min manat məbləğində vəsait köçürüb.

Dövlət İdarəçilik Akademiyasından bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən akademiyanın müəllim, müdavim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

© Copyright 2005-2013 The Academy of Public Administration