AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 03 , 2020, Çərşənbə axşamı - 15:16

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında növbəti onlayn müşavirə keçirilib
Apr 28 , 2020 - 07:46

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) növbəti onlayn müşavirə keçirilib. Onlayn müşavirədə mövcud vəziyyətin təhlili, DİA-da distant tədrisin davamlılığının təmin edilməsi və digər məsələlər müzakirə edilib.

Onlayn müşavirəni açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. Rektor Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən operativ tədbirlər sayəsində pandemiyanın miqyasının nəzarətdə saxlanıldığını, bu proses çərçivəsində həssas təbəqəyə aid vətəndaşların qorunması ilə bağlı önəmli addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, bu dönəmdə DİA-nın üzərinə düşən vəzifə tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsidir.

Onlayn müşavirədə təhsil alanların imtahanlarının distant təşkili, yay məktəbinin distant formada keçirilməsinə hazırlıq, eləcə də operativliyin təmin edilməsi məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Onlayn müşavirədə struktur rəhbərləri görülmüş işlərlə bağlı hesabatla çıxış ediblər.

Prorektor professor Əlikram Abdullayev, professor Elçin Əhmədov, professor Xatirə Hüseynova, dosent Elmira Zeynalova, professor Gülnarə Qurbanova, professor Ziyafət Həbibova, dosent Fəxrəddin Nağıyev, dosent Rəcəb Rəhimli və başqaları çıxış edərək tələbələrlə onlayn platformalarda tədrisin vacibliyini vurğulayıb, gələcək fəaliyyət istiqamətini müzakirə ediblər.

 

© Copyright 2005-2013 The Academy of Public Administration