AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 03 , 2020, Çərşənbə axşamı - 15:37

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
May 08 , 2020 - 12:39

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası” adlı onlayn elmi konfrans keçirib.

Konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov açılış nitqi ilə çıxış edib. Akademik, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətləri, onun irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaqdır. Rektor U.Ələkbərov Heydər Əliyevin ölkəmizin uğurlu inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.   

Onlayn konfransda Milli Məclisin deputatı Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Həydər Əliyev irsi və mūasirləşən Azərbaycan", Milli Məclisin deputatı Məzahir Əfəndiyev “Müasir Azərbaycanın beynəlxalq içtimaiyyətə inteqrasiyasının əsası ulu öndər tərəfindən qoyulmuşdur”, Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov “Heydər Əliyev-Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider”, adlı məruzə ilə çıxış ediblər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışılmış, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətləri xatırlanmışdır.

 

© Copyright 2005-2013 The Academy of Public Administration