AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 03 , 2020, Çərşənbə axşamı - 16:06

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktiki konfrans keçirilib
May 14 , 2020 - 03:49

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktiki konfrans keçirilib. Elmi Təşkilat və Beynəlxalq Əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən konfrans DİA-nın “Trueconf” platformasında reallaşıb.

Konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov tarixi nöqteyi-nəzərdən Azərbaycanın müstəqilliyinin bərpasından çox vaxt keçməsinə baxmayaraq, ölkədə iqtisadi, sosial və humanitar inkişafda yüksək göstəricilər qazanıldığını vurğulayıb. U.Ələkbərov bu uğurların qazanılmasında müasir Azərbaycanın əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev önəmli xidmətləri olduğuna da diqqət çəkib. Akademik 2003-cü ildən bu yana Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni tarixin yazıldığını deyib. Rektor bildirib ki, yüksək siyasi idarəçilik və liderlik keyfiyyətlərinə malik ölkə Prezidenti cənab İlham Əliyevin prioritetləri düzgün müəyyənləşdirmək və hadisələri önləmək bacarığı, həmçinin tətbiq etdiyi unikal idarəçilik texnologiyaları və dəqiq planlaşdırılmış inzibati və iqtisadi islahatlar, ölkənin inkişaf strategiyasının həyata keçirilməsi üçün seçilən çevik mexanizm  sayəsində Azərbaycan bir çox sahələrdə, o cümlədən davamlı inklüziv inkişaf sahəsində qlobal və regional liderə çevrilib.  Beynəlxalq qurumların da birmənalı şəkildə təsdiqlədiyi bu uğurlar eyni zamanda ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial siyasət və sosial-humanitar layihələrin məntiqi nəticəsidir.

            Konfransın işində iştirak edən natiqlər “İslahatlar siyasi institutlaşmanın mühüm mərhələsi kimi”, “Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mediatorların iştirakı və Ümummilli lider Heydər Əliyev vizyonu”, “Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, “Post-sosializm mərhələsi: keçidi şərtləndirən amillər”, “Azərbaycan Respublikasında davamlı inkişafın təmin edilməsinin siyasi aspektləri”, “Sivilizasiyaların toqquşması” 25 il sonra”, “Dövlət–özəl tərəfdaşlığı: nəzəri və tarixi aspekt”, “Qloballaşma şəraitində hərbi münaqişələrin yaratdığı humanitar problemlər”, “Klasterləşmənin sənayedə rolu”, “Qlobal informasiya cəmiyyəti konsepsiyalarının nəzəri əsasları”, “”Breksit” və səbəbləri” və s. aktual mövzularda məruzələr ediblər.

            Yekunda təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb. 

© Copyright 2005-2013 The Academy of Public Administration