AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 11 , 2020, Şənbə - 19:47

Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaz imtahan sessiyası və Yekun Dövlət Attestasiyası ilə bağlı qərarı
İyn 01 , 2020 - 01:46

Yaz imtahan sessiyasında:

- İmtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 4 həftə müəyyən edilsin və 16 iyun - 13 iyul tarixlərində keçirilsin. Bütün imtahanlar distant formada keçirilir (test və şifahi olmaqla);

- İmtahan sessiyasında iştirak edə bilməyən və ya qeyri müvəffəq qiymət almış tələbələr avqust - sentyabr aylarında təkrar distant imtahan verə biləcəklər. Əlavə olaraq tələbə hər bir semestrdə mühazirələri yenidən dinləmədən akademik borcu əvvəlki semestrlərdə yaranmış iki fənn üzrə (hər fənndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər (tələbələrin müraciəti əsasında).

- Təkrar imtahanlar ödənişsizdir.

- Test və şifahi imtahan sualları imtahana 10 gün qalmış təhsilalanlara göndəriləcəkdir.

- İstər iyun-iyul aylarında, istərsə də avqust-sentyabr aylarında keçiriləcək sessiyalarda iştirak edən tələbələr təqaüd müsabiqəsində iştirak edəcək və təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında müəyyən ediləcək. Yaz imtahan sessiyasında təqaüd müəyyən edilən zaman bərabər bal toplamış tələbələrdən təhsil müddətində ümumi orta müvəfəqiyyət göstəricisi (ÜOMG) yüksək olanlara üstünlük veriləcək.

- Bakalavr və magistratura səviyyəsi üzrə əyani təhsil alan tələbələrin hər iki formada (test və şifahi) cavablarının qiymətləndirilməsi aralıq qiymətləndirmə üzrə 100 ballıq sistemlə aparılır. Test imtahanı zamanı fənn üzrə verilmiş test bazasından hər biri 2 bal qiymətləndirməklə 50 test təqdim olunur.

Buraxılış kursları üzrə:

- Buraxılış kursları üçün əvvəlki semestrlərdən yaranmış akademik borclar üzrə təkrar imtahanlar yaz imtahan sessiyası başlayanadək, Yekun Dövlət Attestasiyası isə 5 iyul 2020-ci il tarixinədək təşkil ediləcəkdir.

- Əvvəlki semestrlərdən qalan akademik borclar üzrə təkrar imtahanlarda iştirak edən bakalavr və magistrantlar üçün akademik borcun yarandığı semestrdəki cari qiymətləndirmə nəticəsi əsas götürülür və təkrar imtahanlar distant formada test və ya şifahi üsul ilə təşkil olunur.

          Təcrübələr üzrə:

- Bakalavriat və magistratura səviyyəsi üzrə əyani və qiyabi təhsil alan buraxılış kurs tələbələrinin təcrübələr üzrə qiyməti 100 bal olaraq müəyyən edilir.

Yekun Dövlət Attestasiyasiyası üzrə:

- Bakalavriat və magistratura səviyyəsində buraxılış işini (magistr dissertasiyası) yerinə yetirən tələbələrin buraxılış işləri elektron formada, elmi rəhbərin rəyi və referat ilə birlikdə ixtisas kafedralarına göndərilir, müdafiə komissiyaları tərəfindən baxıldıqdan sonra tələbənin ÜOMG nəzərə alınmaqla qiymətləndirilir. Yekun qiymətləndirmənin nəticəsi ilə razı olmayan bakalavrlar və magistrların müraciətləri əsasında, onlar üçün Yekun Dövlət Attestasiyası distant formada 5 iyul tarixinə qədər təşkil edilir.

© Copyright 2005-2013 The Academy of Public Administration