AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 11 , 2020, Şənbə - 19:51

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi konfrans keçirilib
İyn 12 , 2020 - 08:37

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən danışıb. Rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan xilas olaraq böyük inkişaf yoluna çıxdığını söyləyib. Dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının uğurlu nəticələrindən bəhs edən rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Ölkənin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb.

Milli Məclisin deputatı DİA-nın Siyasi araşdırmalar institutunun direktoru professor Elman Nəsirov, Siaysi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, Hüquq kafedrasının müdiri dosent Fəxrəddin Nağıyev və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, siyasi irsinin əhəmiyyətindən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar haqqında çıxış ediblər.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration