AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 05 , 2020, Çərşənbə axşamı - 10:13

Xəbərlər
DİA-da “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn ixtisasartırma kursu keçirilib
İyn 21 , 2020 - 11:22

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iyun ayinın 19-da “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn formatda ixtisasartırma kursu keçirilib. Onlayn kursa yerli özünüidarəetmə orqanlarından 25 nəfər bələdiyyə sədr və müavinləri cəlb olunmuşlar.

            Kursun əsas məqsədi “Qlobal fövqəladə şəraitdə innovativ dövlət idarəçiliyi texnologiyalar:  Azərbaycanın təcrübəsi”, “Dövlət qadın siyasəti və yerli özünüidarəetmədə gender bərabərliyi”, “Bələdiyyələrin təşkilatı fəaliyyətinin əsas aspektləri”, “Pandemiya dövrünün gender aspektləri: beynəlxalq və milli təcrübə”, “Bələdiyyələrin hüquqlarının müdafiəsi istiqamətində assossasiyaların rolu” və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

             Kurs ərzində “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” mövzusunda onlayn formatda ixtisasartırma kursu üzrə - Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və sədr müavini Sədaqət Qəhrəmanova, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının icra katibi Tofiq Həsənov, Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetməsi fakültəsinin dekanı professor Xatirə Hüseynova   müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

   
© Copyright 2005-2013 The Academy of Public Administration