AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 05 , 2020, Çərşənbə axşamı - 10:37

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “İdarəetmədə yeni yanaşmalar” mövzusunda onlayn poster konfrans keçirilib
İyn 21 , 2020 - 11:29

Iyun ayının 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəetmədə yeni yanaşmalar” mövzusunda onlayn poster konfrans keçirilib.

Konfransda DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir dövrdə cəmiyyətin inklüziv inkişafının əhəmiyyətini vurğulayaraq, bu prosesdə gənclərin oynadığı mühüm rolundan danışıb. Rektor qeyd etdi ki, Azərbaycanda müşahidə edilən inklüziv inkişafın nəticələrini bütün vətəndaşların öz həyatlarında hiss etmələri əsası hələ XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bugün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idarəçilik strategiyasının innovativ xarakteri ilə birbaşa bağlıdır. Bu strategiyanın davamlı olması isə gələcək nəsillərin və xüsusən də indiki gənc nəslin üzərinə böyük məsuliyyət qoyur.

Konfransda İnzibati idarəetmə fakültəsi üzrə “Davamlı inkişafın idarəedilməsi”,  “Dövlət və bələdiyyə idarəetməsi”,  “Menecment”, “İqtisadiyyat” və “Kompüter elmləri” ixtisaslarında təhsil alan tələbələr aktiv iştirak etmişlər. Posterlərin mövzuları aktuallıq kəsb etməklə maraqlı təqdimatlarla yadda qalmışdır.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration