AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Mart 02 , 2021, Çərşənbə - 00:56

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə təlim keçirilib
Fev 10 , 2021 - 02:37

  10 fevral 2021-ci il tarixində “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə “Könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda növbəti təlim keçirilmişdir. Təlim icra hakimiyyətinin könüllü fəaliyyəti üzrə çalışan şəxslər üçün onlayn formada təşkil olunmuşdur.

Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Bu baximdan təlimin əsas məqsədiölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülərin rolunun qiymətləndirilməsidir. Təlimdə dinləyicilərə könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı mövzusu və s. problemlərlə  bağlı biliklər çatdırıldı  və onlarla fikir mübadiləsi aparıldı.

                Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin üzvü  Şahin Seyidzadə “Könüllülərin idarəedilməsi: cəlb edilməsi, motivasiyası, inkişafı” mövzusunda dinləyicilərə mühazirə oxumuşdur.

© Copyright 2005-2013 The Academy of Public Administration