AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 21 , 2021, Çərşənbə axşamı - 21:15

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında "İkinci Qarabağ Vətən müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq veb konfrans keçirilib
Mart 31 , 2021 - 01:58

Martın 30-da Azərbaycanlıların Soyqırım Günü ərəfəsində "İkinci Qarabağ Vətən müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq veb konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suxumi Dövlət Universitetinin (Gürcüstan) birgə təşkilatçılığı ilə keçirilib.

Onlayn konfransın iştirakçıları olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Namik Əliyev, Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti, siyasi elmlər doktoru, professor, fövqəladə və səlahiyyətli səfir Zurab Xonelidze, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında MDB və Baltikyanı ölkələr şöbəsinin keçmiş müdiri, birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova, Beynəlxalq "Şərq-Qərb" Geopolitik Proqnozlaşdırma Mərkəzinin prezidenti, Siyasi Araşdırmalar Dərnəyinin direktoru (Qazaxıstan), siyasi elmlər doktoru, professor Karlıgaş Nuğmanova, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə, Ruslan Şevçenko (Moldova), Şəlalə Həsənova (Azərbaycan), Arif Quliev, Alexander Manaçinski (Ukrayna), Araşdırmaçı Jurnalist Gintaras Visockas (Litva), Suxumi Dövlət Universitetinin dosenti Quram Markuliya və müxtəlif ölkələrdən bir çox görkəmli alim və tədqiqatçılar məruzə ilə çıxış etmişlər.

Müzakirələrdə Azərbaycanın 44 günlük zəfər qələbəsi, ermənilərə verilən şans, müharibənin geosiyasi nəticələri, İrəvanın məğlubiyyətində erməni mifinin rolu, Vətən müharibəsinə aparan tarixi yol, beynəlxalq hüquq böhranı, revanşizm müharibədən sonrakı Ermənistan və s. mövzularda məruzələr təqdim edilmişdir.

"İkinci Qarabağ Vətən müharibəsinin siyasi və hüquqi nəticələri" mövzusunda beynəlxalq veb konfransın materialları çap edilmişdir.

© Copyright 2005-2013 The Academy of Public Administration