AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 21 , 2021, Çərşənbə axşamı - 20:04

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Aprel döyüşləri: Zəfərə aparan şanlı-tarixi yol” adlı onlayn tədbir keçirilib
Apr 06 , 2021 - 05:11

Aprelin 6-da Dövlət İdarəçilik Akademiyasında “Aprel döyüşləri: Zəfərə aparan şanlı-tarixi yol” adlı onlayn tədbir keçirilib. Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Aprel döyüşlərini tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. O, bu döyüşlərin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, eyni zamanda, tariximizə qürur, qəhrəmanlıq və zəfər yolu kimi yazıldığını söyləyib. Rektor 44 günlük Qarabağ müharibəsində xalqın birlik və bərabərlik nümayiş etdirilməsini xalqın qəhrəmanlığı kimi səciyyələndirib.

Onlayn konfransda çıxış edən Milli Məclisin üzvü Elşad Mirbəşir oğlu, Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dosenti Zaur Məmmədov, Dövlət İdarəçilik Akademiyası Politologiya Klubunun sədri Elman Vəliyev və digərləri zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrini, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Aprel döyüşləri və 44 günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, şücaət, xalqın birliyi hamı üçün örnəkdir. Çıxış edənlər bu Zəfər yolunun gənc nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə  Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration