AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Aprel 21 , 2021, Çərşənbə axşamı - 20:28

Xəbərlər
Dövlət qulluqçuları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” adlı onlayn seminar keçirilib
Apr 06 , 2021 - 05:24

Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar dövlət idarəçiliyi sahəsində dövlət qulluqçularının bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təsdiqlənmiş proqrama uyğun olaraq tədbirlər həyata keçirir.

Növbəti onlayn seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əməkdaşlıq Memorandumu çərçivəsində 6 aprel 2021-ci il tarixindən ilin yeni tədbirlər proqramı təsdiqlənib və həyata keçirilir. Layihə 2021-ci ilin sonunadək davam edəcək.

İlk tədbir aprel ayının 6-da Dövlət İdarəçilik Akademiyasının rektoru akademik U.Ələkbərovun “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” adlı açılış mühazirə ilə başlayıb.

Rektor Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini və müstəqilliyinin hər növbəti ili ölkənin yeni yüksək nailiyyətləri ilə bağlı xəbərlərlə müşaiyət olunduğunu bildirib. Akademik qeyd olunan uğurların kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb.

Rektor diqqətə çatdırıb ki, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 44 günlük müharibə və ölkənin zəfəri bunu bir daha nümayiş etdirdi.

Seminar iştirakçıları həmçinin Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıblar. Xüsusi vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təmini sahəsində təşəbbüsləri, onun rəhbərliyi altında gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycan Respublikasının sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.

Onlayn seminarın yekununda iştirkçıların sualları cavablandırılıb.

 

© Copyright 2005-2013 The Academy of Public Administration