preloader-matrix

Dia.edu.az

“Dövlət qulluqçularının potensialının artırılması” layihəsi üzrə onlayn təlimlər keçirilir
Mart 16 , 2021 – 06:19

Martın 16-dan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və və Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının potensialının artırılması” layihəsi üzrə onlayn təlimlər keçirilir.

Onlayn təlimlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə”, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının “Rəqabətqabiliyyətli və İnklüziv iqtisadiyyat”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadənin “Azərbaycan 2030: davamlı inkişaf kontekstində ətraf mühitin idarə olunması: həyata keçirilən tədbirlər və qarşıya qoyulmuş hədəflər”, Dövlət İdarəçilik Akademiyasının professoru Çingiz İsmayılov “Böyük qayıdış: ərazilərin mənimsənilməsində təbii-resurs potensialının qiymətləndirilməsi” və digər mövzularda məruzələr təqdim ediləcək. Dövlət qulluqçuları üçün nəzərdə tutulan təlimlər mart ayının 17 də davam edəcək.

Təlimlərin sonunda layihələrin təqdimatı və qiymətləndirilməsi həyata keçiriləcək.