Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası tələbələrinin uğurları

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) üç tələbəsi uğur əldə edərək magistratura səviyyəsinə keçirilən imtahanlarda ən yüksək balları toplayıblar.

Bu il fevralın 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul imtahanı keçirilib. İmtahanın nəticələrinə əsasən, respublika üzrə 98 balla ölkə birincisi Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin hüquq ixtisasi üzrə 4-cü kurs tələbəsi Aydın Ağaverdiyev, ölkə ikincisi 97 balla DİA-nın İnzibati idarəetmə fakültəsinin iqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsi Əbdülhüseyn Əliyev, ölkə üçüncüsü isə 96 balla bu ali məktəbin iqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Elvariz Məmmədov olub.

Qeyd edək ki, Dövlət İdarəçilik Akademiyası tələbələrinin ölkə və onun hüdudlarından kənarda qazandığı nailiyyətlərlə həmişə qürur duyur.