preloader-matrix

Dia.edu.az

26 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılış mərasimi və “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühaziləri keçirilib
Yan 26 , 2015 – 02:25

26 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılış mərasimi və “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühaziləri  keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu əsasında baş tutan tədbirin açılış mərasimində müxtəlif yüksək dövlət qurumlarının rəbərləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, Türkiyə Respublikası Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin rəhbərliyi, Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE)-nin rəhbərliyi, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfiri və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin (TİKA) rəhbərliyi, Azərbaycan və Türkiyənin bir qrup vəzifəli dövlət qulluqçuları iştirak ediblər.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE)-nin birgə təşkil etdiyi “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühaziləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun Baş Direktoru professor Onur Ender Aslan tərəfindən dinlənilib.

26-30 yanvar 2015-ci il tarixlərini əhatə edən “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramı çərçivəsində Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE)-nin mütəxəssisləri prof. Seriye Sezen “Dövlət İdarəçiliyi İslahatları”, dos. Sonay Bayramoğlu Özuğurlu “Dövlət İdarəçiliyi Nəzəriyyələri”, prof. Argun Akdoğan “Dövlətdə Qərar Qəbulu Prosesi”, dos. Filiz Kartal “Siyasət Nəzəriyyələri” kimi müxtəlif mövzularda dərslər keçiriləcəkdir.

Hər iki ölkənin birgə həyata keçirdiyi layihələrin önəmi Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığının gücləndirilməsinə verdiyi töhfə regionun iqtisadi güc mərkəzi olmaqla yanaşı eyni zamanda elm, bilik mərkəzi kimi də regionda öz sözünü deməyə əsas verir. Məhz bu amillərin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) ilə qarşılıqlı təcrübə mübadiləsi proqramı çərçivəsində “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin fəaliyyət istiqamətləri kimi müəyyən edilən qarşılıqlı maraq  kəsb edən mövzularda birgə araşdırmalar aparmaq, təhsil və araşdırma heyətlərinin mübadiləsini həyata keçirmək, qısamüddətli tədris proqramlarını təşkil etmək, müştərək magistr tədris proqramları hazırlamaq, nəzəri, təşkilati və elmi-praktiki konfranslar, seminarlar təşkil etmək, birgə elmi işlər həyata keçirmək, magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələrin mübadiləsini həyata keçirmək və s. kimi istiqamətləri əhatə edəcəyi planlaşdırılıb.