preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma təlimi keçirilib
Fev 05 , 2021 – 01:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 noyabr 2020-ci il tarixində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanmışdır. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadədövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun peşə səriştəliyinin artırılmasının stimullaşdırılması və əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi kimi prioritet məsələlərlə bağlı yeni yanaşmaları nəzərdə tutur. Bu yanaşmaların icraçılara çatdırılması və izahı ilə əlaqədar mərhələli şəkildə Azərbaycan Respublikasının bütün regionlarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən keçiriləcək təlimlər nəzərdə tutulmuşdur.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət rəhbər heyəti üçün “Qlobal çagırışların idarəedilməsində yeni idarəçilik texnologiyaları: Azərbaycan Respublikasının ugurlu təcrübəsi” mövzusunda növbəti təlim keçirilmişdir. Təlim onlayn formada təşkil edilmişdir.

          Təlimin əsas məqsədi Azərbaycan Respublikasında həyata keçirilən ugurlu inkişaf strategiyasının müsbət nəticələrini təhlil etməkdir. Biliyə əsaslanan inkişaf, bu məqsədlər üçün ən müasir elmi və texnoloji nailiyyətlərdən istifadə, Azərbaycan Respublikasında həyata keçirilən inkişaf strategiyasının əsas prioriteti,müvafiq biliklərin artırılması və bu biliklərin daim müasirləşdirilməsi və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

          Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun onlayn formada mühazirəsi dinlənilmiş və təlimin sonunda dinləyicilərin sualları cavablandırılmışdır.