preloader-matrix

Dia.edu.az

  • 09 İyun 2014 - 12:30
  • Bakı, Azərbaycan
  1. Dövlət və bələdiyyə idarəetməsi
  2. Menecment
  3. Beynəlxalq münasibətlər
  4. Politologiya

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəcilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. rektorun adına ərizə;
  2. ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə – saatların miqdarı göstərilməklə) notarial qaydada təsdiqlənmiş surətləri;
  3. əmək kitabçasının surəti;
  4. işlədiyi müəssisə, təşkilat və ya idarədən göndəriş-zəmanət;
  5. 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;
  6. sağlamlıq haqqında arayış;
  7. şəxsiyyəti təsdiq edən sənəd

Sənədlər iyun ayının 23-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10-dan 17-dək Akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaqda) qəbul edilir.

Əlavə ali təhsil almaq üçün Dövlət İdarəçilik Akademiyasına sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən keçmiş şəxslər qüvvədə olan Əsasnaməyə uyğun olaraq əlavə ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilir, müvafiq kurslara yerləşdirilir.Qruplarda tələbələrin sayı mövcud qayda ilə müəyyən edilir.

Xaricdə təhsil almış şəxslər təhsilini növbəti pillədə davam etdirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

 

Ünvan: Bakı, Lermontov küç., 74

Tel.: (994 12) 492-66-19

 Rektorluq