preloader-matrix

Dia.edu.az

  • 02 İyun 2014 - 12:00
  • Bakı, Azərbaycan

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək.

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiada bu il sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin aprelin 13-də Qafqaz Universitetində, final mərhələsinin isə aprelin 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, qeydiyyatdan keçmək üçün müraciət edən komandaların sayı 74, qeydiyyatdan keçən komandaların sayı isə 49-dur. Komandalara “MSU Programmers”, “NoObs”, “BANM2”, “BIG team”, “Tarkus”, “AzTU_1”, “BSU CyberPower”, “AzTU_2”, “AzTU_3”, “BANM1”, “AzTU_4”, “BANM3”, “Excalibur”, “ARK Programmers”, “BSU-NET”, “Qafqaz Programmers”, “Sign-p”, “Cinar”, “Sirius 1”, “Sirius 2”, “Sirius 3”, “Sirius 4”, “Sirius 5”, “Nizami”, “MARS”, “Xemse”, “Kəpəz”, “Spirit”, “Qafqaz Şahinləri”, “BANM4”, “Sirius 7”, “Matrix”, “Qafqaz U 3”, “Qafqaz U 4”, “Qafqaz U 6”, “CyberFoxes”, “Qafqaz U 5”, “NDU”, “Qafqaz U 7”, “Məhsəti”, Qafqaz U 8”, “Qafqaz U 9”, “BANM6”, “BANM5”, “Sirius 6”, “Qafqaz U 10”, “Sirius 8”, “MG”, “Sirius 10” və s. daxildir. Komandalar Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrini təmsil edirlər.