preloader-matrix

Dia.edu.az

  • 29 Noyabr 2021 - 00:00

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2021-ci il dekabr ayının 20-dən 30-dək ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.

İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;

  • İddiaçı Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.

Proqramlara keçid aşağıda: 

 

1. “Dövlət İdarəçiliyi” ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının PROQRAMI

2. “Davamlı İnkişafın İdarə Edilməsi” ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının PROQRAMI 

3. “Beynəlxalq münasibətlər” İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının PROQRAMI

4. “Siyasi nəzəriyyə”ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının  PROQRAMI

5. “Siyasi institutlar və sistemlər” ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının PROQRAMI

6. “Ümumi iqtisadiyyat” ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının PROQRAMI