preloader-matrix

Dia.edu.az

  • 07 May 2015 - 17:00
  • Bakı, Azərbaycan

Dövlət İdarəçilik Akademiyasında 07 may 2014-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın milli dövlətçilik siyasətinin banisidir” mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir

Konfransın proqramına daxil ediləcək məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalı və bir  nüsxədə, surəti  elektron  daşıyıcıda  olmaqla 28 aprel 2014-cü il tarixədək  DİA-nın Elmi Təşkilat şöbəsinə təqdim edilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

1. Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı kağızda çap olunur;

2. Məqalənin həcmi 5 səhifədən az olmamalıdır;

3. Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və elmi tədqiqat təşkilatlarının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər, sonra isə məqalə mətni çap edilir. Məqalədə istifadə edilmiş elmi ədəbiyyat aşağıdakı qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Qəbul edilən məqalələr konfrans materialı kimi çap olunacaqdır.

Əlaqə telefonu: (012) 492-65-52