preloader-matrix

Dia.edu.az

2014/2015-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq ücün qiyabi şöbəyə qəbulu barədə elanı

Dövlət və bələdiyyə idarəetməsi Menecment Beynəlxalq münasibətlər Politologiya Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəcilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər. Əlavə ali […]

Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunub

Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub. Məlum olduğu kimi, 2013-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” […]

Azərbaycanda İnternet-medianın vəziyyəti müzakirə olunacaq

May ayında Bakıda “Yeni medianın inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının və Multimedia Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu haqda Multimedia Mərkəzindən məlumat verilib. Konfransda əsasən İnternet-media sahəsində vəziyyət, İnternet-media qurumlarına dövlət dəstəyi və reklam, sosial media və onlayn xəbər resurslarında monitorinq və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

“Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” keçiriləcək. 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiada bu il sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin aprelin 13-də Qafqaz Universitetində, final mərhələsinin isə […]

İtaliyada SMAU Bologna 2014 sərgisi keçiriləcək

SMAU Bologna 2014 – Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi 4-5 iyun tarixlərdə BolognaFiere (Bolonya, İtaliya) sərgi kompleksində keçiriləcək. expomap.ru saytının məlumatına görə, tədbirdə şəbəkə texnologiyaları, İnternet-texnologiyalar, verilənlərin toplanması, emalı, saxlanması və analizi, data-mərkəzlər, informasiya təhlükəsizliyi, sistem inteqrasiyası, bulud hesablamaları və virtuallaşdırma, mobil və naqilsiz texnologiyalar, video, kommunikasiya xidmətləri sahələri üzrə məhsullar sərgilənəcək.

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri 1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra – komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları […]