preloader-matrix

Dia.edu.az

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair seminar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Rəhbər kadrların ixtisasının artırılması fakültəsində Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na dair dövlət qulluqçuları üçün seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Dövlət İdarəçilik Akdemiyasının rektoru akademik Urxan Ələkbərov bu planın əhəmiyyətindən danışaraq onun həyata keçirilməsində elektron hökumət təsisatının tədbiqinin xüsusi önəmini vurğuladı. Seminara dəvət olunmuş ekspertlər Energetika və Sənaye Nazirliyi Elektron idarəetmə şöbəsinin müdiri Rüstəm  Şəfaqətov və AR Milli Məclisinin sektor müdiri Rəşad Əzizov Milli Fəaliyyət Planı və e-hökumət haqqında iştirakçılara ətraflı məlumat vermişlər. Daha sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmışlar.