preloader-matrix

Dia.edu.az

Akademiya ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Əməkdaşlıq Memorandumu imzalanmışdır

Aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, sosial xidmət sferasında fəaliyyət göstərən dövlət qurumların fəaliyyətinin şəffaf və səmərəli olmasına xüsusi önəm verdiyini vurğulamışdır. Rektor respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğunu qeyd etmişdir. 
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədri Rüfət Aslanlı Komitənin Respublikada bu sahənin həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd etmiş, bu istiqamətdə uğurlu institusional islahatların təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. 
Sonra Əməkdaşlıq Memorandumu imzalanmışdır. Əməkdaşlıq Memorandumu tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması, analitik materialların hazırlanması və təcrübi-praktikanı əhatə edir.