loader image

Dia.edu.az

Akademiyada rəhbər dövlət qulluqçuları üçün üç istiqamət üzrə ixtisasartırma kursları keçirilmişdir
Yan 15 , 2015 – 11:44

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti”, “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi”, ”Elektron hökumət” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Kurslara dövlət orqanlarında, o cümlədən şəhər və rayon icra hakimiyyətlərində çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

Bu istiqamətlərdə kursların əsas məqsədi Dövlət qulluğunda insan inkişafı amili, Dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması, Dövlət orqanlarında kadr xidmətinin strukturu və funksiyaları; Azərbaycan Respublikasında miqrasiya rejimi və bu sahədə aparılan islahatlar, Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının müasir miqrasiya siyasətinin əsas istiqamətləri; Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, Elektron xidmətlər, onların təşkili və təqdim olunması.Elektron hökumət portalı və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində “Dövlət qulluğunun təşkilati əsasları və dövlətin kadr siyasəti” istiqaməti üzrə –Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdir müavini Fikrət Əzizov, AR Prezidenti Administrasiyasının Kadr Məsələləri şöbəsinin kadr siyasəti sektorunun müdiri Vasif Xələfov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, kafedra müdirləri dosent Fəxrəddin Nağıyev, dosent Oruc Məmmədov, Elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, professor Fuad Məmmədov, dosent Ağamehdi Mehdiəliyev, dosent Ramazan Şabanov, dosent Eldar Aslanov, Anar Həsənov, Nazənin Hüseynova, Milli Məclisin Sosial Siyasəti Komitəsinin sədri Hadi Rəcəbli, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının şöbə müdiri Afaq Hüseyn, İqtisad Universitetinin Tədris-Metodiki mərkəzinin direktoru, dosent Eldar Azadov; “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəis müavinləri Pərviz Musayev, Elman Əliyev,baş idarə rəisləri İsmayıl Abdullayev, Siyasət Alıyev, idarə rəisi Nazim Salmanov və şöbə rəisi Nazim Turabov, Daxili İşlər Nazirliyinin əməkdaşları Azər Məmmədov, Məntiq Şərifov,Vahid Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədr müavini Gündüz İsmayılov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Azad Qasımov, Xarici İşlər Nazirliyinin Ümumi Konsulluq Məsələləri şöbəsinin müdiri Musa Haqverdiyev, Səhiyyə Nazirliyinin əməkdaşı Nabil Seyidov; «Elektron hökumət» istiqaməti üzrə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və nazirliyin əməkdaşları Aygün Əhmədova,Nail Mərdanov, İlqar Abdullayev, Leyla Əliyeva, Ruhəngiz Qarayeva, Nadir Rəsulov,Vergilər Nazirliyinin əməkdaşı İlkin Həsənov, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Mehdi Cavadov, Novruz Orucov müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Kursun sonunda akademiyanın rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim etmişlər.