preloader-matrix

Dia.edu.az

Akademiyada tanınmış jurnalist və yazıçı, “Dolu” filminin senari müəllifi, Milli Məclisin deputatı Aqil Abbas və Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş keçirilmişdir

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış jurnalist və yazıçı, “Dolu” filminin senari müəllifi, Milli Məclisin deputatı Aqil Abbas və Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenliİbad Hüseynovla görüş keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqları salamlamış, sonra Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarına diqqəti cəlb etmiş və belə görüşlərin gənclərin mənəvi tərbiyəsi üçün əhəmiyyətini, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında önəmli rolunu, gənclərin milli dövlətçilik təfəkkürlərinin formalaşmasına olan müsbət təsirlərini qeyd etmişdir. Sonra rektor qeyd etmişdir ki, şanlı döyüş yolu keçmiş İbad Hüseynov adını xalqımızın qəhrəmanlıq salnaməsinə yazdırmışdır. İbad Hüseynovun başçılığı altında keçirilmiş xüsusi əməliyyatları diqqətə çatdırılmışdır. Sonra İbad Hüseynovun igidliklə dolu döyüş yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas,Azərbaycan Bayrağı ordenli İbad Hüseynov, “Atilla” jurnalının redaktoru Gülşən Behbud çıxış edərək öz fikirlərini bildirmiş, gənclərə Vətəni sevməyi, onun hər qarışını göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.