preloader-matrix

Dia.edu.az

Akademiyanın doktorantı dünyanın ən mötəbər proqramı üçün seçildi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Rza Əliyev dünyanın ən nüfuzlu proqramlarından biri olan “Svartsman Alimlər proqramı” üçün seçilmişdir. Namizədlər ciddi meyarlar əsasında müəyyənləşmişdir. 100  yerə  135 ölkədən 3000-dən çox namizədlər içindən seçim olmuşdur. “Svartsman Alimlər proqramı”nın əsas məqsədi Çinin sürətlə artan iqtisadiyyatını öyrənən və 21-ci əsrin aktual problemlərini təhlil edə bilən  mütəxəssislər  hazırlanmasından ibarətdir.“Svartsman Alimlər proqramı”nın təlimləri Pekində nüfuzlu Tsinxua Universitetinin Svartsman Kollecində keçiriləcəkdir. “Svartsman  Alimlər proqramı”nın qəbul komissiyasının direktoru Rob Harrisin sözlərinə görə “Seçilmiş 100 alim gələcək dünya siyasətinə təsir edən  liderlər şəbəkəsini genişləndirəcəkdir”.

         ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin bu ilin 17 yanvar nömrəsində doktorantımızın və onun həmkarlarının fotoları dərc edilmiş və onlar haqqında məlumat yayımlanmışdır.

         Akademiya kollektivi doktorantımız Rza Əliyevi  bu uğuruna görə təbrik edir və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzulayır.

RZA ALIYEV

AzerbaijanThe Academy of Public Administration Under the President of Azerbaijan

Economics and Business

Rza Aliyev holds a Bachelor’s degree in Public Administration and Master’s degree in Diplomacy from the Azerbaijan Diplomatic Academy. He is currently finishing a Ph.D. in Economics. Starting in diplomacy, he worked at the Azerbaijani Embassy in Washington, D.C., the Atlantic Council, and was selected at 23 as a United Nations Youth Ambassador. In 2012 he became a private banker in Andorra. He is a Deputy Secretary General of Nizami Ganjavi International Center, an organization of more than eighty current and former heads of state. He speaks English, Azerbaijani, Russian, Spanish, and Turkish. Rza is 27 years old and from Baku, Azerbaijan.

http://schwarzmanscholars.org/