“Kulturologiya və insan inkişafı” monoqrafiyası çapdan çıxmışdır
Okt 14 , 2019 – 01:55
“Kulturologiya və insan inkişafı” (Bakı: «OL NPTK», 2019) monoqrafiyası çapdan çıxmışdır. Kitabın müəllifi – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasnın tarix kafedrasının professoru, «Simurq» Azərbaycan mədəiyyət Assosiasiyasının Prezidenti, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədovdır.
Monoqrafiyanın elmi redaktoru – AMEA-nın akademiki Nizanmi Cəfərov, elmi rəyçilər – AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova-Sarabskaya, Aərbaycan xalq şairi, porofessor Nəriman Həsənzadə, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlıdır.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında GHT-lərə Dövlət dəstəyi Şurasının qərarı ilə, Azərbaycan mədəniyyət Assosiasiaysı və “Simurq” Kulturologiya mərkəzi tərəfindən uğurla həyata keçirilmış “Kulturologiya və davamlı inkişaf” layihəsi çərçivəsində nəşr olunur. Əsər “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəyasət heyəti və ekspert-məşvərət şurası tərəfindən ali məktəblər üçün dərs vəsaiti və şəxsiyyətin kamilləşməsi üçün əldə rəhbər kimi tövsiyə
edilmişdir.
Monoqrafiyanın əsas vəzifəsi – Azərbaycanın milli maraqlarına cavab verən, davamlı, təhlükəsiz və rəqabətədözümlü inkişafı təmin edə biləcək, mütəxəssislərin, o cümlədən, müəllimlərin, məmurların, jurnalistlərin fasiləsiz kulturoloji yenidən hazırlanması, əhalinin maarifləndirilməsi, vətədaşların, şəxsiyyətlərin və liderlərin peşəkar və mənəvi kamilləşməsinə kömək göstərməkdən ibarətdir.
Sistemli yanaşma əsasında hazırlanmış və kitabda əks olunmuş universal kulturoloji biliklər, ideyalar, formul və metodlar, mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, qanunauyqunluları, texnologiyaları və dəyişdirici imkanlarının düzgün dərk olunmasına imkan verir. Daimi dialektik dəyişikliklər və qeyrimüəyyənliklər şəraitində, mütərəqqi sosial-mədəni transformasiyaların effektiv idarəolunması üçün bu biliklər əvəzolunmaz əhəmiyət kəsb edir.
Müəllif tərəfindən, rəqabətədözümlü insan kapitalının, beynəlxalq münasibətlər mədəniyyətinin, multikulturalizmin, mədəniyyətlərin dialoqunun əffektivliyinin, insan həmrəyliyinin, rifahın və humanitar təşlükəsizliyin artırılmasının əsasını təşkil edən yüksəkmədəniyyətli insanların formalaşdırılmasının kulturoloji texnologiyaları açığlanır.