Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
Apr 25 , 2019 – 12:01
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrəixtisasartırma kursu keçirilib. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunub.
Bu istiqamətdə kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin əsas istiqamətləri, Azərbaycanda mövcud dini durum: reallıqlar və perspektivlər, Azərbaycanda dövlət-din münasibətləri dini icmaların fəaliyyətinin təşkili kontekstində, Azərbaycanda dövlət-din münasibətləri milli təhlükəsizlik kontekstində və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.
Kurs ərzində “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə – Prezidenti Administrasiyasının Millətlərarasi münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsini müdiri, professor Etibar Nəcəfov, böyük məsləhətçi Əliheydər Zülfüqarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədr müavinləri Səyyad Salahlı, Səyavuş Heydərov, Gündüz İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Abbas Abbasov, Daxili İşlər Nazirliyi Baş ictimai təhlükəsizlik idarəsinin milli, dini məsələlər üzrə şöbə rəisi Oqtay Tağıyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və başqaları müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.