loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim keçirilib
Mart 29 , 2019 – 04:52

2019-cu ilin mart  ayının 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında növbəti distant təlimin keçirilməsi keçirilib.

Təlimin əsas məqsədi ölkənin innovativ və inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyətlərinin əməkdaşları üçün təşkil edilən təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov «Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi» mövzusunda açılış mühazirələri ilə çıxış edib.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində Azərbaycanın inklüziv inkişaf indeksi Avropa İttifaqına üzv olan bir çox dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilib.