loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Canlı aləmin mühafizəsində təlimin əhəmiyyəti” adlı tədbir keçirilib
Noy 19 , 2018 – 01:55

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Fondunun dəstəyi ilə “Canlı aləmin mühafizəsində təlimin əhəmiyyəti” adlı tədbir keçirilib. DİA-nın “Ekosivil Dünya” klubunun təşəbbüsü ilə  keçirilən tədbirdə rektor akademik Urxan Ələkbərov tədbir iştirakçılarını salamlamış, gənclərin ölkə ictimai həyatında daha fəal iştirakını təmin edəcək “Ekosivil dünya” klubunun fəaliyyətini yüksək qiymətləndirmişdir.

Tədbirdə məruzə ilə çıxış edən rektor akademik U.Ələkbərov Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd etdi. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğuladı. Natiq ölkənin innovativ tərəqqisinin əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezindenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyətini, ölkənin innovativ tərəqqisinə əvəzsiz töhfə olduğu diqqətə çatdırdı.

Daha sonra “Ekosivil Dünya” klubunun sədri Nəzrin Əhmədzadə klubun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi, layihə koordinatoru Sabiq Abdullayev “Toplan” layihəsinin əhəmiyyətini haqqında tədbir iştirakçılarına məlumat verdi. Daha sonra Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mansura Rəsulzadə “Heyvan haqları cəmiyyətin mənəvi inkişafının göstəricisi kimi”, “Heyvanların Müdafiə Cəmiyyətinin” sədri Azər Qarayev “Azərbaycanda heyvanların mühafizəsi, indiki vəziyyəti və gələcək perspektivləri”, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə “Rəsmi, qeyri rəsmi və fasiləsiz ekoloji təhsil” mövzularında məruzə ilə çıxış etdilər. Daha sonra DİA-nın “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrasının dosenti Elşan Əhmədov, “Ekosivil Dünya” klubunun adınn ekosivil konsepsiya ilə əlaqələdirmiş, dünyada sürətlə yayılan bu konsepsiyanın ilk dəfə Azəraycanda irəli sürüldüyünü və müəllifin akademik Urxan Ələkbərov olduğunu qeyd etmişdir. Ekosivil konsepsiyanın mahiyyətinin yaşıl təfəkkür olduğunu bildirərək, bu cür təlimlərin yaşıl təfəkkürün formalaşmasında vacib rol oynadığını qeyd etmişdir.

Sonda rektor akademik U.Ələkbərov Heydər Əliyev Fondunun rəhbərliyinə, nümayəndələrinə, dövlət və özəl qurumların təmsilcilərinə tədbirə verilən dəstək üçün minnətdarlıq ifadə etmişdir.