loader image

Dia.edu.az

Xalqımızın qürur mənbəyi – Dövlət bayrağımız
Noy 11 , 2018 – 10:49

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə üçrəngli bayrağımızın 100 illiyi münasibətilə iştirakçıları təbrik edən DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.

Respublikamızın suverenliyinin əsas atributlarından olan Dövlət bayrağımızın tarixindən danışan Ə.Abdullayev Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş üçrəngli bayrağımızın hələ SSRİ vaxtında ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldıldığını diqqətə çatdırıb. Professor Ə.Abdullayev ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən də bəhs edib.

DİA-nın kafedra müdirləri Firdovsiyə Əhmədova, Fəxrəddin Nağıyev, Tələbə Gənclər Təşkilatının sədri Nail Əliyev, TGT ART Klubun sədr müavini Murad Həsənxanlı və digər çıxış edənlər Dövlət bayrağının xalqımızın sonsuz qürur mənbəyi olduğunu bildiriblər.

Çıxışlarda müstəqil ölkəmizin dünyada nüfuzunun yüksəldiyi vurğulanıb, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminlik ifadə olunub.

Sonra Dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.