“Dövlət idarəçiliyində müasir informasiya texnologiyalarının yeni perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib
May 01 , 2018 – 10:42
Azərbaycan Respublikasinin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyalari” kafedrasının təşkilatçılığı ilə “Dövlət idarəçiliyində müasir informasiya texnologiyalarının yeni perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Dövlət İdarəçilik Akademiyasının, professor-müəllim heyəti, magistrantlar, tələbələr həmçinin digər təşkilatların təmsilçiləri iştirak etmişdir. Elmi-praktik konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə açıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev çıxış edərək, idarəçilikdə müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinə toxunublar.
Konfransda Anna Elyaşina “Sosial müavinətlərin idarəolunmasında İKT-nin tətbiqi”, Həsən Nəsirli “Smart sayt konsepsiyası. texnoparklar, şəhərlərin müasir inkişaf prinsipi”, Hilalə Cəfərova “İdarəetmədə qərar qəbuluna dəstək verən innovasiyalar. Microsoft Power BI”, Aytən Əliyeva “Süni intellektin dövlət idarəçiliyində tətbiqi”, Kənan Kərimov “Dövlət idarəçiliyində mobil texnologiyalardan istifadə” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda “Dövlət idarəçiliyində E-sənəd dövriyyəsi” kitabının təqdimatı oldu.