DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ KOMANDASI ENACTUS-2018 MİLLİ YARIŞININ QALİBİ OLDU
Apr 20 , 2018 – 04:44
2018-ci il 19 aprel tarixində ADA Universitetində Enactus 2018 Azərbaycan Milli Yarışmasının final mərhələsi keçirilmişdir. Yarışın əsas məqsədi Azərbaycanda iqtisadi potensialın gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq və sosial biznes ideyalarını tələbələr arasında təbliğ etməkdir. Yarışda iştirak üçün 12 universitetin komandası müraciət etmişdir.
Finalın mərhələsində üç ali məktəbin – Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyası (DİA) Enactus komandaları iştirak etmişdirlər. DİA Enactus komandası üç layihə ilə müxtəlif dövlət qurumları, təşkilatlar və şirkət nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti qarşısında çıxış etmişdir. Bu layihələr ailə təsərrüfatlarında ev quşlarının baş sayının artırılması yolu ilə gəlirliliyin artırılması, İT innovasiyanın tətbiqi vasitəsilə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, odun alternativini yaradaraq ağacların kəsilməsinin qarşısının alınmasını əhatə etmişdir. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komandası 1-ci yerə layiq görülərək Enactus-2018 Azərbaycan Milli Kubokunu qazanmışdır. Bu DİA tələbələrinə cari ilin 9-11 oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində (Silikon Vadisində) keçiriləcək Enactus 2018 Dünya Kuboku Yarışında ölkəmizi təmsil etmək hüququ qazanmışdır.
Komada müxtəlif ixtisas və kurslarında təhsil alan yaradıcı, təşəbbüskar tələbələrindən ibarət olmaqla, müəllim və məsləhətçilərin köməyi ilə reallaşdırdığı sosial-biznes layihələri ilə icmalarda insanların gəlirlərini artırmağın yollarını öyrətməklə onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması və biznes vasitəsilə həyatlarını müsbətə doğru dəyişdirməyə çalışırlar.
Qeyd edək ki, Enactus Proqramı (ENtrepreneurial ACTion US – Bizim Sahibkarlıq Fəaliyyətimiz) 1975-ci ildə ABŞ-da əsası qoyulan, 2012-ci ilə qədər SIFE (Students In Free Enterprise) adı ilə tanınan sahibkarlıq fəaliyyəti vasitəsi ilə əldə olunan imkanlar hesabına dünyada inkişafa nail olmaq üçün ən yaxşı ali məktəblərin tələbələrini, fakültə məsləhətçilərini, akademik liderlərini və biznes mütəxəssislərini bir araya gətirən beynəlxalq platformadır. Bu qlobal təşəbbüsə indiyədək 36 ölkədən olan 72000 tələbə və 1730 komanda qatılmışdır.
Azərbaycan Enactus proqramına 2005-ci ildən etibarən qoşulmuşdur. Bu müddət ərzində ölkəmizin müxtəlif ali məktəblərinin komandaları bu yarışmada iştirak etmişlər. Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilk dəfə 2016-cı ildə ölkə çempionu olaraq Kanadanın Toronto şəhərində keçirilən dünya birinciliyində 17 nəfərlik heyətlə iştirak etmişdir.
2018-ci ilin DİA Enactus komandasının tərkibi:
Məsləhətçilər:
- Xatirə Hüseynova, İnzibati idarəetmə fakültəsinin dekanı
- Ruslan Nuriyev, Dövlət idarəetməsi və menecment kafedrasının müəllimi
- Ayan Buniyatzadə, Dövlət idarəetməsi və menecment kafedrasının müəllimi
- Yusif Ağayev, Həmkarlar İttifaqı Komitəsinin sədri
Tələbələr:
- Tərlan Mustafayev, (Menecment, IV kurs)
- Nigar Hüseynova, (Iqtisadiyyat, II kurs)
- Fikrət Əmirov, Menecment, III kurs
- Xədicə Əliyeva, Dövlət və bələdiyyə idarəetməsi, II kurs
- Kənan Həsənov, Menecment, III kurs
- Günel Əzizova, İqtisadiyyat, II kurs
- Salman Hümbətov, Menecment, II kurs
- Günel Şəfiyeva, İqtisadiyyat, II kurs
- Əsgər Həsənli, Menecment, III kurs
- Xədicə Mehdizadə, İqtisadiyyat, II kurs
- Mehriban Atakişizadə, İqtisadiyyat, II kurs
- Allahverdi Məmmədov, İqtisadiyyat, II kurs
- Aytən İsmayılova, Dövlət və bələdiyyə idarəetməsi, II kurs
- Rəsul Əlizadə, Davamlı inkişafın idarə edilməsi, II kurs
- Nərmin Məmmədova, Dövlət və bələdiyyə idarəetməsi, II kurs
- Nadejda Kuimova, İqtisadiyyat, II kurs
- Kamal Mahmudov, İqtisadiyyat, III kurs
- Fariz Quliyev, Menecment, IV kurs
- Mahmud Mahmudlu, Menecment, II kurs
- Sənan Rüstəmov, Menecment, II kurs
- Nihad Camalov, Menecment, III kurs
Məlumat üçün keçidlər: