loader image

Dia.edu.az

Azərbaycan Respublikasının gənclər siyasəti istiqaməti üzrə ixtisasartırma kursu keçirilmişdir
Yan 26 , 2018 – 03:54

2018-ci il yanvar ayının 22-26 tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycan Respublikasının gənclər siyasəti» istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

            «Azərbaycan Respublikasının gənclər siyasəti» istiqamətində kursun əsas məqsədi «Müasir inkişaf məqsədləri və gənclər siyasəti», «Azərbaycan dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri», «Gənclər siyasətinin həyata keçirilməsi: nəticə və perspektivlər» mövzularla  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılmasıdır.

            İxtisasartırma kursu ərzində «Azərbaycan Respublikasının gənclər siyasəti» istiqaməti üzrə Prezidentinin Administrasiyası “Gənclər siyasəti və idman məsələləri şöbəsi”nin müdiri Yusuf Məmmədəliyev və həmin şöbənin məsul əməkdaşı Ramiz Muxtarov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Regionlarla iş sektorunun müdiri İlqar Nəcəfov, Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov, Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə, Mədəniyyət və Turizm Nazirliyinin Elm, Təhsil və Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov, BMT-nin Bakı Ofisinin Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva, Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) İnsan Resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Daxili İşlər Nazirliyinin Baş Təşkilat İnspeksiyası idarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Ramac Əliyev, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri professor Firdovsiyyə Əhmədova, Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov və digərləri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

            İxtisasartırma kursunun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və I- (tədris işləri üzrə) prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək  gələcək işlərində uğurlar arzu etmişlər.