Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusunda distant təlim keçirilmişdir
Dek 25 , 2017 – 01:32
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycanın yeni iqtisadi hədəfləri» mövzusunda distant təlim keçirilmişdir. Distant təlimə yerli icra hakimiyyətlərində çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.
“Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusu üzrə distant təlimin əsas məqsədi «Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşması: proses və nəticə», «Yeni iqtisadi model quruculuğu», «Strateji Yol Xəritələrinin icrasında yerli icra hakimiyyətlərinin rolu», «Strateji Yol Xəritələrinin Monitorinq və Qiymətləndirilməsi» mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.
Distant təlimdə «Azərbaycanın yeni iqtisadi hədəfləri» mövzusu üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”nin icraçı direktoru Vüsal Qasımlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
“Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusu üzrə distant təlim uğurla keçirilmiş və bu təlimin auditoriyasının genişlənməsi məqsədi ilə yeni təlim praqramının hazırlanması qərara alınmışdır.