loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrə ixtisasartırma kursu keçirilmişdir
Dek 22 , 2017 – 01:24

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursa dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.

            «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqamətində kursun əsas məqsədi «Azərbaycan Respublikasının uğurlu sosial-iqtisadi inkişafı və miqrasiya prosesləri», «Azərbaycan Respublikasında miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarəti», «Miqrasiya sosial-fəlsəfi fenomen kimi» mövzularla və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

             Kurs ərzində «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrə – Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət İdarəçilik Akademiyasının      I (Tədris işləri üzrə prorektoru) professor Əlikram Abdullayev, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları- Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov, Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev, Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Siyasət Alıyev, Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Namik Cəfərov,  Miqrasiya Proseslərinin Təhlili İdarəsinin rəis müavini Zəfər Şamilov, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov, Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr və İnsan Hüquqları İdarəsinin böyük məsləhətçisi Səyyad Məcidov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Təminatı şöbəsinin müdiri Taliyə İbrahimova, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis müavini Azad Qasımov, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının əməkdaşı Rövşən Əzizov, İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının Hüquqi Maarifləndirmə Elmi Analitik İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Faiq Ağayev, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Dövlət İdarəçilik Akademiyası «Hüquq-I» kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

            Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın I Tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişlər.