loader image

Dia.edu.az

Tələbə Gənclər Təşkilatı Dövlət Müstəqilliyi Gününü qeyd edib
Okt 19 , 2017 – 11:51

Azərbaycan Respublikasının Prezidenti yanlnda Dövlət İdarəçilik Akademiyasında dövlət müstəqilliyi günü ilə əlaqədar DİA Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.

Dəyirmi masa Humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq elmlər doktoru Mehdi Abdullayevin çıxışı ilə başlamışdır. O, 18 oktyabr – dövlət müstəqilliyi günü münasibətilə tələbələri təbrik etmiş, onlara bu günün mahiyyəti və tarixi ilə bağlı məlumat vermişdir. Akademiyanın gənclər üzrə məsul şəxsi, dosent Araz Qədiməliyev, Tələbə Gənclər Təşkilatının sədri Əmrah Cəfərov müstəqillik günü, onun əldə olunması və qorunması haqqında geniş məruzə ilə çıxış etmişlər.

Dəyirmi masada Tələbə Gənclər Təşkilatının üzvləri Şəbnəm Zeynallı, Cavad Xudaverdiyev, İbrahim Məmmədli, Gülşən Zeynallı, Üzeyir Mustafayev çıxış edərək fikirlərini bölüşmüşlər.