Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilmişdir
Okt 11 , 2017 – 11:24
Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının IX Hesabat-Seçki Konfransı keçirilmişdir.
Konfransda Akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, h.e.d. Mehdi Abdullayev DİA-da tələbələrlə iş sahəsində görülən işlərdən danışmış, tələbələrə və seçiləcək yeni İdarəetmə Şurasına uğurlar arzulamışdır.
Tələbə Gənclər Təşkilatının sədri Cavidan Abdullayevin hesabatı dinlənildikdən sonra seçki prosesi başlamış və tələbələr yeni Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurası üzvlərinin seşilməsi üçün səslərini vermişlər. Seçki nəticəsində 9 nəfərlik yeni İdarəetmə Şurası formalaşmışdır.
7 oktyabrda IX dönəm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasının ilk iclası keçirilmiş və Şura üzvlərin yekdilliklə verdiyi qərara əsasən İdarəetmə Şurasının üzvü, Siyasi idarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə III kurs tələbəsi Əmrah Cəfərov Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir.