İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri müzakirə edilmişdir
May 31 , 2017 – 11:41
31 may 2017-ci il tarixiində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”: gələcək dəyərlərmövzusunda Respublika Elmi konfransı keçirilmişdir.
Konfransda AMEA İqtisadiyyat İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Gəncə Texnologiya Universiteti,Gəncə Aqrar Universiteti təmsil olunmuşdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov gələcək uğurların əsasında elmi potensialın dayandığını qeyd edərək belə elmi konfransların keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Rektor Ümummilli Liderin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışaraq deyib ki, ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəldilmiş dünya əhəmiyyətli təşəbbüsləri, gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası dayanır. Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan akademik qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr olunub. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb.
Sonra “Dövlət idarəetməsi və memecment” kafedrasının müdiri, prof., i.e.d. X.M. Hüseynova “Strateji yol xəritəsi” bilik tutumlu iqtisadiyyata keçid dövrü kimi” mövzusunda, “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müdiri dos., i.ü.f.d. E.Abasov “Telekomunikasiya informasiya texnologiyaların inkişafına dair Strateji yol xəritəsi”nin həyat keyfiyyətinin yaxşılaşdırılmasında rolu” mövzusunda, “Dövlət idarəetməsi və menecment” kafedrasının dosenti, k.t.ü.f.d. İ. İbrahimov “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə gələcək inkişafın təmin olunması” mövzusunda, Dövlət Memarlıq və İnşaat Universitetinin “Sənayenin təşkili və idarəolunması” kafedrasının prof. Ə.B. Əliyev “Logistika və ticarətin inkişafı” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dosenti M.H.Məmmədov “Strateji yol xəritəsi” və innovasyalı peşə təhsili” mövzusunda, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun doktorantı H.Ə.Cəfərova “Maliyyə xidmətlərinin gələcək inkişafı istiqamətləri” mövzusunda, Gəncə Texnologiya Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı, i.ü.f.d., dos.N.A.Hacıyeva “Turizmin sənayesinin gələcək inkişafı” mövzusunda, Gəncə Aqrar Universitetinin doenti, i.ü.f.d. S.T.Hacıyeva “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak məhsullarının istehsalına dair Strateji yol xəritəsi”nin özəl sektorun gələcək inkişafında rolu” mövzusunda məruzə ilə çıxış etmişlər.
Məruzələrdə Azərbaycanda dövlət siyasətinin əsas strateji məqsədlərinin reallaşdırılmasında, bilik tutumlu iqtisadiyyatın qurulması istiqamətinda ali təhsil müəssisələrinin potensialının əhəmiyyətini xüsusi vurğulanmışlar.