Dövlət İdarəçilik Akademiyasında “28 may-Respublika günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir
May 27 , 2017 – 11:34
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Səbael rayon İcra Hakimiyyətinin birgə təşkilatşılığı ilə 28 may–Respublika gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Azərbaycanın dövlət himni ilə başlayan dəyirmi masanı Akademiyanın Humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev açaraq dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışmış, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırlatmışdır.
Dəyirmi masada Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Mais Məmmədov, DİA “Tarix” kafedrasının professoru Musa Quliyev, “Hüquq” kafedrasının dosenti Rahib Əkbərov, “Politologiya və siyasi idarəetmə” kafedrasının müəllimi Zaur Məmmədov, DİA TGT-nın sədri Cavidan Abdullayev və digərləri çıxış edərək 28 may–Respublika gününün qeyd olunmasının vacibliyi, xalqımızın keçirdiyi bayramlar sırasında bu günün böyük önəm kəsb etdiyini, azadlıq mücadiləmizin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu qeyd etmişlər.