loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası tələbələri esse müsabiqəsinin qalibi oldu
May 08 , 2017 – 01:14

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Azərbaycan Respublikasinda Heydər Əliyev və Gənclər Siyasəti” mövzusunda esse müsabiqəsinin nəticələrinə həsr edilmiş tələbə elmi konfransı keçirilmişdir.

          Konfransda DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıb.

Sonra Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən Bilik Fondu Aparatının rəhbəri İsaxan Vəliyev, DİA-nın Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Sevil Məmmədova və digərləri ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib, Azərbaycanda qazanılan nailiyyətləri əsaslı faktlarla diqqətə çatdırıb, dahi rəhbərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş esse müsabiqəsinin nəticələri açıqlanıb. I yerə DİA-nın Dövlət və Bələdiyyə idarəetməsi ixtisasının 1-ci kurs tələbəsi Cavad Xudaverdiyev, II yerə Politologiya ixtisası 2-ci kurs tələbəsi Üzeyir Mustafayev, III yerə isə Politologiya ixtisası üzrə 1-ci kurs tələbəsi Günel Ələkbərova layiq görülüblər. Qaliblərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən hədiyyələr, iştirakçılara isə kitablar hədiyyə edilib.