Dövlət İdarəçilik Akademiyasında İtaliyanın Link-Kampus universitetinin professoru ilə görüş keçirilib
Apr 25 , 2017 – 06:22
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İtaliyanın Link-Kampus universitetinin professoru Alessandro Fiqus ilə görüş keçirilib.
Akademiyanın müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə Dövlət İdarəçilik Akademiyası Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev professor Alessandro Fiqusun həyat və yaradıcılığının əsas mərhələləri barədə məlumat verib, onun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki xidmətlərini vurğulayıb.
Sonra Link-Kampus universitetininprofessoru “Avropa İttifaqı: Roma müqaviləsindən keçən 60 il “ mövzusunda mühazirə ilə çıxış edib. O, çıxışında Avropa İttifaqının tarixi, fəaliyyəti, Şengen müqaviləsi o cümlədən son dövrlərdə beynəlxalq aləmdə baş verən proseslər, qlobal iqtisadi böhranın yaratdığı çətinliklər, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
Görüşün sonunda İtaliyanın Link-Kampus universitetinin professoru Alessandro Fiqus Dövlət İdarəçilik Akademiyası tələbələrinin çoxsaylı suallarını cavablandırıb.