loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Apr 12 , 2017 – 12:53

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Publik hüquqi şəxslər” mövzusunda seminar keçirilib.

Tədbirə dövlət orqanlarında çalışan dövlət qulluqçuları cəlb olunublar.

Seminarda “Azərbaycan Respublikasının innovativ idarəetmə modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında”, “Azərbaycan qanunvericiliyində publik hüquqi şəxslərin yeri”, “Azərbaycan Respublikasının qanunvericiliyində publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi” və s. mövzuları müzakirə edilib. Tədbirin məqsədi müvafiq sahə ilə bağlı dövlət qulluqçularına yeni biliklərin aşılanması, onlarla fikir mübadiləsinin aparılması olub.

Seminarda DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli çıxış ediblər.