loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının tələbələri dəyirmi masa təşkil ediblər
Fev 24 , 2017 – 10:49

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Tələbə Gənclər Təşkilatı və Vətənpərvərlik Klubunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.

Dəyitmi masada DİA-nın Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehti Abdullayev, Tarix kafedrasının professoru Musa Quliyev, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Namiq Axundov, Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev, Tələbə Gənclər Təşkilatının sədri Cavidan Abdullayev, Vətənpərvərlik Klubunun sədri Zeynal Rəşidli, tələbələrdən Əmrah Cəfərov, Xanım Paşayeva və digər fəal tələbələr çıxış edərək ermənilərin törətdikləri Xocalı soyqırımının dəhşətlərindən bəhs edib, bu faciənin milli yaddaşımızdan heç zaman silinməyəcəyini bildiriblər.